Messinin Qətərdə qaldığı otaq muzeyə çevriləcək - VİDEO
Dünya çempionu Lionel Messinin Qətərdə qaldığı otağın muzeyə çevrilməsi planlaşdırılır.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Messi və komanda yoldaşlarının futbol üzrə dünya çempionatı zamanı Qətərdə olduqları müddətdə lüks oteldə qalmaması çoxları üçün sürpriz ola bilər.
Bunun əvəzinə onlar Dohadakı Qətər Universitetində qalmağı üstün tutublar, burada oyunçular əsasən kollec tələbəsinin əldə edəcəyi eyni imkanlara və yaşayış yerlərinə sahib idilər.
Messi çoxlarının nəzərində bütün zamanların ən böyük futbolçusu olsa da, lakin onun otel otağı olduqca sadə idi.
Sosial şəbəkələrdə yayılan bu video onun qaldığı otağı göstərir:
Turan İSMAYIL
Messi’s room that he used during the World Cup will be turned into a museum. This was his room pic.twitter.com/kKwrq4Aasc
— Barça Eleven ⭐️ (@BarcaEleven_) December 28, 2022












