Messi doğma şəhərində qəhrəman kimi qarşılandı - VİDEO

 19:59 29.12.2022     342

Qətərdə keçirilən sonuncu mundialın qalibi Argentinanın dünya şöhrətli ulduzu Lionel Messi doğma şəhəri Rosarioda qəhrəman kimi qarşılanıb.

Redaktor.az xəbər verir ki, həmyerliləri onun avtomobilini əhatəyə alaraq “Səni sevirik”, “Təşəkkürlər Leo” şüarları uzun zaman alqışlayıblar.

Messi də öz növbəsində pərəstişkarlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, dekabrın 18-də futbol üzrə dünya çempionatının finalında Argentina millisi Fransa yığmasına qalib gələrək kubokun yeni sahibi olub. 35 yaşlı Messi üçün bu, karyerasında ilk Dünya Kuboku tituludur.

Messi yeddi oyunda yeddi qol (dördü penaltidən) vurub və üç məhsuldar ötürmə edib. O, turnirin ən yaxşı oyunçusu olub.

Tunar Altunbay