Karlsen 30 saniyəyə qələbə qazandı – VİDEO

 20:32 29.12.2022     394

Norveç şahmatçısı Maqnus Karlsen cümə axşamı Alma-Atada keçirilən blits üzrə dünya çempionatının ilk oyununa geciksə də, belaruslu Vladislav Kovalyov üzərində qələbə qazana bilib.

Redaktor.az TASS-a istinadla bildirir ki, Karlsen tıxacda qalıb və Kovalyovla oyuna artıq saat işə salındıqdan sonra gəlib. Onun cəmi 30 saniyə vaxtı qalıb. Norveçli xizəkçi paltarında oynayıb və yalnız oyun bitdikdən sonra paltarını dəyişməyə gedib.

Qeyd edək ki, bir gün əvvəl Karlsen cəmi bir oyunda rusiyalı Vladislav Artyomyevə uduzaraq sürətli şahmat üzrə dünya çempionatını qazanıb.

Tunar Altunbay

 

Vumart və Güvən reklamı Vumart Güvən