Ronaldo Səudiyyə klubu ilə müqavilə imzaladı

 22:45 30.12.2022     503

Səudiyyə Ərəbistanının "Əl Nəsr" futbol klubu portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə müqavilə imzalayıb.

Redaktor.az  TASS-a istinadla xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Müqavilənin 2025-ci ilin yayına qədər imzalandığı bildirilir. Razılaşmanın digər detalları açıqlanmasa da, əvvəldən sözləşmənin 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minəcəcəyi, Portuqliya millisinin üzvü yeni klubunda illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacağı deyilirdi. 

Xatırladaq ki, Ronaldo son klubu "Mançester Yunayted"dən noyabrın 22-də ayrılıb. Onun adı "İnter Mayani", "Los Anceles Qelaksi", "Sportinq", "Los Anceles"lə də hallanırdı. Həmçinin ulduz forvard üçün Səudiyyə Ərəbistanının digər klubu "Əl-Hilal"ın da mübarizəyə qoşulacağı bildirilirdi.

Tunar Altunbay