FIFA dünya ölkələrinə müraciət etdi

 21:03 02.01.2023     356

Beynəlxalq Futbol Federasiyası (FIFA) digər futbol təşkilatlarının üzvləri ilə braziliyalı üçqat dünya çempionu Pelenin şərəfinə hər ölkədə ən azı bir stadionun adının dəyişdirilməsi imkanını müzakirə edir.

Redaktor.az xəbər verir ki, bu barədə FIFA rəhbəri Canni İnfantino açıqlama verib.

Yanvarın 2-də Braziliyanın “Santos” klubunun San-Paulu ştatının eyniadlı şəhərindəki stadionunda dekabrın 29-da 82 yaşında dünyasını dəyişən Pelenin anım mərasimi keçirilir. İnfantino braziliyalı ilə vida mərasiminə qatılıb.

“Mən onun xatirəsini ehtiramla yad etmək üçün buradayam. Biz əvvəllər beynəlxalq federasiyalarla yerli futbol çempionatlarının hər oyunundan əvvəl onun şərəfinə bir dəqiqəlik sükutla yad edilməsi barədə danışmışıq. Amma biz həm də istəyirik ki, hər bir ölkədə Pelenin adını daşıyan heç olmasa bir stadion olsun. 50, 100 il keçəcək, uşaqlarımız bizdən onun haqqında soruşacaq, bütün bunlar Pelenin xatirəsini uzadar. Bunun olacağına əmin olmalıyıq”, - İnfantino bildirib.