Ronaldo “Əl-Nəsr”ə keçidi barədə: “Bu, karyeramın sonu deyil”

 23:25 03.01.2023     325

Kriştianu Ronaldo bildirib ki, “Əl-Nəsr”ə keçid onun karyerasının sonu demək deyil.

Redaktor.az xəbər verir ki, 37 yaşlı hücumçu Səudiyyə klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

“Mənim üçün bura gəlmək karyeramın sonu deyil. Ona görə də dəyişiklik gətirmək istəyirəm və düzünü desəm, insanların nə dediyi məni maraqlandırmır. Mən qərar vermişəm və buna görə məsuliyyət daşıyıram.

Bilirəm ki, bu, çox rəqabətli çempionatdır. İnsanların çoxu bunu bilmir, amma mən çoxlu matçlara baxdığım üçün bilirəm. Qarşılaşmaları səbirsizliklə gözləyirəm və ümid edirəm ki, əgər məşqçi düzgün an olduğunu düşünsə, sabahkı gün oynayacağam. Mən futboldan və insanlarla ünsiyyətdən həzz almağa davam etməyə hazıram”, - Ronaldo bəyan edib.

Kriştianu əlavə edib ki, Səudiyyə Ərəbistanı 2022-ci il dünya çempionatında çempionu məğlub edən yeganə komandadır.

“Son 10-15 ildə futbol dəyişib”, - deyə portuqaliyalı qeyd edib.