Ronaldo yeni komandası ilə ilk məşqinə çıxdı - Video

 12:04 04.01.2023     314

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə ilk məşqinə çıxıb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, məşq “Marsul park” stadionunda ulduz futbolçunun təqdimat mərasimindən sonra baş tutub.

Sözügedən mərasimi isə stadionda 25 min azarkeş izləyib.

Xatırladaq ki, Ronaldo “Əl-Nəsr” ilə 2,5 illik müqavilə bağlayıb.