Ronaldonun "Əl-Nəsr"də debütü təxirə salınacaq?

 10:39 06.01.2023     145

Kristiano Ronaldonun "Əl-Nəsr"da debütü qeyri-müəyyən müddətə təxirə salına bilər.

Redaktor.az "independent"ə istinadla xəbər verir ki, Səudiyyə klubunun əcnəbi oyunçu kvotasını keçməsi səbəbindən Ronaldo hələ qeydiyyatdan keçməyib.

Bu o deməkdir ki, "Əl-Nəsr" mövcud əcnəbi oyunçulardan kolumbiyalı qapıçı David Ospina, braziliyalı futbolçular Luiz Qustavo və  Anderson Talisca və kamerunlu Vincent Abubakardan biri ilə vidalaşmalıdır. 

Nərmin VÜQARQIZI