Məşhur futbolçu vəfat etdi

 14:29 06.01.2023     393

İtaliya millisinin sabiq hücumçusu Canluka Vialli vəfat edib.

Redaktor.az xəbər verir ki, xarici KİV-ə istinadən xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib. 58 yaşlı Viallı 2017-ci ildən mədəaltı vəzin xərçəngindən əziyyət çəkirdi. Milad bayramı ərəfəsində onun vəziyyəti daha da pisləşmişdi. Vialli ömrünün son günlərini xəstəxanada keçirmişdi.

Canluka Vialli futbolçu karyerası ərzində "Sampdoriya", "Yuventus", "Çelsi" və "Kremoneze"də oynayıb. O, baş məşqçi Roberto Mançinin köməkçisi kimi İtaliya ilə Avro 2020-nin qalibi olub. Futbolçu olaraq isə Avro-1988-də və DÇ-1990-cı ildə bürünc medal qazanıb.