"Qarabağ" millinin qapıçısı ilə müqaviləni yenilədi
"Qarabağ" qapıçısı Şahruddin Məhəmmədəliyevlə müqaviləni yeniləyib.
Redaktor.az xəbər verir ki, klub bununla bağlı sosial şəbəkə hesablarında video paylaşıb.
29 yaşlı qolkiperin seyvlərindən ibarət video-çarxın üzərində ingilis dilində "Soon" (Tezliklə) yazılıb. Bu isə o deməkdir ki, Ağdam təmsilçisi tezliklə sözləşmənin detallarını açıqlayacaq.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən "Qarabağ"da çıxış edir. O, Azərbaycan millisinin də əsas qapıçısıdır.