“Azərbaycan millisində oynaya bilərəm” - Ayaz Quliyev

 23:10 06.01.2023     304

“Azərbaycan millisində oynaya bilərəm”.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın “Ximki” klubunun futbolçusu Ayaz Quliyev "RB Sport"a müsahibəsində deyib.

27 yaşlı yarımmüdafiəçi bildirib ki, bunun üçün sadəcə, anlaşmaq və yığmada çıxış edəcəyinə dair razılıq vermək lazımdır: “Gələcəkdə Rusiya yığmasında yox, bu məhz bu komandada oynayacağımı istisna etmirəm. Amma indi bu barədə 100% əminliklə danışmaq mümkün deyil. Çünki özüm də dəqiq bilmirəm. Keçidimi birbaşa təfərrüatı ilə müzakirə etməyiblər, mənimlə şəxsən görüşməyiblər”.

O, Azərbaycan millisinin formasını geyinməkdə heç vaxt imtina etmədiyini söyləyib: “Bu fikir daim beynimdədir. İlk dəfə Rusiya Premyer Liqasında oynamağa başlayanda mənə Azərbaycan millisində oynamaq təklif edilmişdi. Amma həmin vaxt çempionatda limit var idi və legioner sayılacaqdım. Bu, məni narahat edirdi. İndi isə qaydalar fərqlidir, asanlaşıb. Ona görə də hər şey ola bilər”.

Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib.