Deşam daha 4 il fransızların baş məşqçisi olacaq
Fransa Futbol Federasiyası milli komandanın baş məşqçisi Didye Deşamla yeni müqavilə imzalayıb.
Redaktor.az xəbər verir ki, futbol mütəxəssisi ilə müqavilə 2026-cı ilə qədər uzadılıb.
Qeyd edək ki, Deşam 2012-ci ilin iyunundan Fransa millisini çalışdırır. Onun rəhbərlik etdiyi Fransa millisi 139 oyunda 89 qələbə qazanıb. Mütəxəssisin rəhbərliyi altında fransalılar DÇ-2018-in, 2021-ci ildə Millətlər Liqasının qalibi olub, Avro-2016-nın DÇ-2022-nin finalına yüksəlib.