İstanbul derbisini "Qalatasaray" qazandı

 23:40 08.01.2023     391

Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi keçirilib.

Redaktor.az xəbər verir ki, XVIII tur çərçivəsində keçirilən oyunda "Fənərbağça" öz meydanında "Qalatasaray"ı qəbul edib.

“Ülkər” stadionunda keçirilən görüşdə qonaq komanda rəqibini 3:0 hesabı ilə məğlub edib.

“Qalatasaray” 39 xalla turnir cədvəlindəki liderliyini möhkəmləndirib. Əzəli rəqibindən dörd xal az toplayan “Fənərbağça” ikinci pillədə qərarlaşıb. “Başakşehir” komandası 31 xalla üçüncü sırada yer alıb.