Messi də Səudiyyə Ərəbistanına gedir?

 18:51 09.01.2023     369

Portuqaliyalı məşhur futbolçu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubuna transferindən sonra dünya gündəmi Lionel Messinin sözügedən ölkənin digər məşhur klubu “Əl-Hilal”a keçəcəyi barədə xəbərlərlə çalxalanıb.

Redaktor.az xəbər verir ki, PSJ-nin argentinalı ulduzu Lionel Messinin adının yazıldığı “Əl-Hilal” formasının fotosu dünyanın ən çox paylaşılan xəbəri kimi trendə düşüb.

Hər kəs "Messi də Səudiyyə Ərəbistanına getdi..." düşünərkən məsələnin əsl mahiyyəti üzə çıxıb.

Belə ki, Səudiyyə Ərəbistanında “ƏL-Hilal” klubu ilə “Əl-Nəsr” klubu arasında ənənəvi rəqabət var.

Və Kriştiano Ronaldonun “Əl-Nəsr”ə transferindən sonra Messinin “Əl-Hilal”a keçidini arzulayan azarkeş klubun formasına onun adını yazdırıb və mağazadakı digər formaların yanında şəklini çəkib paylaşıb.

“Əl-Hilal”ın rəsmi mağazasında çəkilən foto ildırım sürətilə sosial şəbəkədə paylaşılıb. 

Azarkeş polisə verdiyi açıqlamada Ronaldonun “Əl-Nəsr”ə keçidindən sonar Messinin “Əl-Hilal”a transferini arzuladığı üçün bu addımı atdığını deyib.

Yeri gəlmişkən, bu gün sosial şəbəkədə "Əl-Hilal" klubunun tarixin ən bahalı müqaviləsi ilə Lionel Messini transfer edəcəyi barədə yeni xəbər yayılıb. Yayılan xəbərlərə ulduz futbolçunun və "Əl-Hilal" klubunun açıqlama verməməsi futbol azarkeşlərini daha da həyacanlandırıb.

Tunar Altunbay