Beşqat Çempionlar Liqası qalibi futboldan GETDİ

 11:42 10.01.2023     269

Uels yığmasının kapitanı Qaret Beyl parlaq karyerasından sonra 33 yaşında futbolu tərk edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə qərarını sosial mediada açıqlayıb.

"Diqqətli və düşünülmüş qərardan sonra klubdan və beynəlxalq futboldan dərhal istefa verdiyimi elan edirəm", - deyə futbolçu bildirib.

Xatırladaq ki, Beyl 2022-ci ilin iyununda "Los Angeles"ə keçməzdən əvvəl İspaniya klubu "Real"a dünya rekordu ilə transfer olmuşdu. Klubda oynadığı illərdə "Real" üç La Liqa və beş Çempionlar Liqası titulunu qazanıb.

Nərmin VÜQARQIZI