Dünyanın ən yaxşı HAKİMİ

 12:46 10.01.2023     343

2022-ci ilin ən yaxşı hakimləri müəyyənləşib.

Redaktor.az xəbər verir ki, İFFHS keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.

Polşalı Şimon Marçinyak ötən il dünyanın ən yaxşı ədalət təmsilçisi olub. O, 150 xal toplayıb.

İtaliyalı Daniele Orsato 65 xalla ikinci yeri tutub. Fransalı Klemen Turpin 40 xalla ilk “üçlüy”ü qapayıb.

Qeyd edək ki, Marçinyak DÇ-2022-nin finalında Argentina – Fransa matçını idarə edib.