Səudiyyə Ərəbistanı klubu Messiyə astronomik maaş təklif edir

 14:12 10.01.2023     377

Argentinalı ulduz futbolçu Lionel Messinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə danışıqlar apardığı məlum olub.

Redaktor.az "CNN Turk"ə istinadla xəbər verir ki, “Əl-Hilal”ın rəhbərliyi superulduza ildə 300 milyon avro maaş təklif edir.

Qeyd edək ki, “Əl-Hilal” klubu Kriştianu Ronaldonun bir müddət əvvəl transfer olduğu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun əsas rəqibidir.