"Müqaviləm var, pulumu alacam" - Qovulan futbolçu

 19:33 11.01.2023     328

“Kəpəz”lə müqaviləm var, oturub pulumu alacağam”.

Redaktor.az xəbər verir ki, bunu “Report”a müsahibəsində “Kəpəz”in futbolçusu Əfran İsmayılov mövsümün gedişində baş məşqçi Tərlan Əhmədov tərəfindən əsas komandadan qovulmasına münasibət bildirərkən deyib.

35 yaşlı yarımmüdafiəçi Gəncə təmsilçisi ilə mövsümün sonuna qədər sözləşməsi olduğunu və buna sadiq qalacağını bildirib: “Əvəzedicilərlə məşqlərimi davam etdirərək pulumu alacağam. “Kəpəz”lə müqavilə bağlayanda düşünürdüm ki, bir il bu komandada oynayaraq dolanacağam. Uşaqların hazırlığı, məktəbi var. Bir nəfər gəlib heç nə olmadan bizi klubdan qovmağa çalışır. Axı bütün planımı buna uyğun qurmuşam. Ayrılsam, altı ay nə ilə dolanacağam, barmağımı soracağam? Gedib kənarda acından öləsi deyiləm. Bir nəfərə görə niyə çətinlik çəkməliyik?”