PSJ Messiyə qadağa qoydu
Fransanın PSJ klubu futbolçusu Lionel Messiyə qadağa qoyub.
Redaktor.az "report"a istinadən bildirir ki, Paris təmsilçisi evdə "Anje"yə qarşı keçirəcəkləri Liqa 1-in XVIII tur oyunundan öncə argentinalı hücumçunun dünya kuboku ilə stadion turu təşkil etməsinə icazə verməyib.
Cənubi Amerika təmsilçisi DÇ-2022-nin finalında məhz Fransanı məğlub edərək titula sahib çıxıb. Yerli azarkeşlərin mənfi reaksiyasından ehtiyatlanan PSJ rəhbərliyi 36 yaşlı forvardın mundialdakı qələbəni "Park de Prins" arenasında qeyd etməsinə qarşı çıxıb.
Qeyd edək ki, yanvarın 12-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.