Messi dünya çempionatından sonra PSJ ilə ilk qolunu vurdu

 10:09 12.01.2023     413

Argentinalı superulduz Lionel Messi dünya çempionatından sonra Fransa Liqasındakı əla formasını davam etdirir.

Redaktor.az xəbər verir ki, "Paris Sen-Jermen"in (PSJ) "Angers"i 2-0 məğlub etdiyi matçda argentinalı ulduz komandasının ikinci qoluna imza atıb.

Liqa 1-in 18-ci həftəsində lider PSJ-yə qələbə qazandıran qolları 5-ci dəqiqədə Uqo Ekitike və 62-ci dəqiqədə Lionel Messi vurub.

Qeyd edək ki, bu, Messinin Qətərdəki dünya çempionatından sonra PSJ-də ilk oyunu və ilk qolu olub.

Xatırladaq ki, PSJ 47 xal ilə birinci, "Angers SCO" isə 8 xalla sonuncu yerdədir.

Nərmin VÜQARQIZI