"Qurbanov nə edirsə, “Qarabağ” zəifləmək əvəzinə güclənir”

 19:28 12.01.2023     373

“Qarabağ”da baş məşqçi Qurban Qurbanov nə edirsə, komanda zəifləmək əvəzinə güclənir”.

Redaktir.az xəbər verir ki, bunu “Report”a müsahibəsində “Qarabağ”ın keçmiş futbolçusu Reynaldo Silva braziliyalı Kadi Borgesin Rusiyanın “Krasnodar” klubuna transferi barədə danışarkən deyib.

34 yaşlı sabiq hücumçu hesab edir ki, həmyerlisinin gedişi Azərbaycan klubunu zəiflətməyəcək: “Nə qədər çətin olsa da, əminəm ki, Qurban Qurbanov bir yolunu tapıb bu boşluğu dolduracaq. Çünki indiyə qədər “Qarabağ”ı çox sayda aparıcı futbolçu tərk edib. Orada adlar yox, sistem əsas rol oynayır. Qazanılan pulla ən azı Kadi səviyyəsində oyunçu almaq olar”.