"Ən yaxşı məşqçi" namizədləri açıqlandı

 21:42 12.01.2023     370

FIFA 2022-ci ilin ən yaxşı kişi baş məşqçisi adına namizədləri açıqlayıb.

Redaktor.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, siyahıda ümumilikdə 5 mütəxəssis yer alıb.

Bunlar İspaniya "Real Madrid"indən Karlo Ançelotti, Fransa millisindən Didye Deşam, İngiltərənin "Mançester Siti" klubundan Xosep Qvardiola, Mərakeş yığmasından Valid Reqragi və Argentina seçməsindən Lionel Skalonidir.

Qeyd edək ki, "The Best" mükafatı 2023-cü il fevralın 27-də təqdim ediləcək.