“Qarabağ” özündən zəif komandaya məğlub oldu

 21:10 13.01.2023     424

“Qarabağ” klubu bu gün ilk sınaq matçında Polşa təmsilçisi “Rakuv” ilə qarşılaşıb.

Redaktor.az xəbər verir ki, Ağdam komandası bu görüşdə 3 cavabsız qolla məğlub olub.

Antalyanın Belek bölgəsindəki “Gloriya Sport”da təlimə toplaşan Ağdam komandası yanvarın 18-də daha iki görüş keçirəcək. Qurban Qurbanovun yetirmələri həmin gün “Poqon” (Polşa) və “Çukariçki” (Serbiya) ilə gücünü sınayacaq.