NBA tarixində tamaşaçı rekordu qeydə alındı

 16:38 14.01.2023     193

ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) tarixində tamaşaçı rekordu qeydə alınıb.

Redaktor.az xəbər verir ki, "San-Antonio Spörs" və "Qolden Steyt" komandaları arasında "Alamodom" arenasında keçirilmiş oyunu tribunadan 68 323 azarkeş izləyib.

Qarşılaşma "Qolden Steyt"in 144:113 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, görüş San-Antonio şəhərinin 50 illik yubileyi ilə əlaqədar Alamodom" arenasında baş tutub.