"Qəsdən ayağıma vurdu, cavabını verdim" "Qəbələ"nin kapitanı

 20:10 16.01.2023     414

"Qəsdən ayağıma vurdu, mən də cavabını verdim".

Redaktor.az xəbər verir ki, bunu açıqlamasında "Qəbələ"nin kapitanı Asif Məmmədov Türkiyənin Antalya şəhərində Çexiyanın "Teplitse" komandasına 1:2 hesabı uduzduqları yoxlama oyununun sonlarında baş vermiş dava barədə danışarkən deyib.

37 yaşlı yarımmüdafiəçi günahın rəqib futbolçuda olduğunu bildirib: "Həmin epizoddan 2 dəqiqə əvvəl də mənə qarşı aqressiv hərəkət etdi. Topu bilərəkdən mənə doğru vurdu. Amma bu, futboldur və burada belə hallar çox olur".

Qeyd edək ki, son dəqiqələrdə baş vermiş insidentə görə "Qəbələ" - "Teplitse" oyunu yarımçıq dayandırılıb.