"Qarabağ"a Şahruddinlə bağlı pis xəbər

 23:30 16.01.2023     493

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb.

Redaktor.az "Qol.az"a istinadən xəbər verir ki, bu, komandanın Antalyadakı təlim-məşq prosesi zamanı baş verib. 28 yaşlı qolkiper 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, 2016-cı ildən Ağdam klubunda çıxış edən Şahruddin bir neçə gün əvvəl "Qarabağ"la yeni müqavilə imzalayıb. O, 2026-cı ilin iyununa qədər "köhlən atlar"ın formasını geyinəcək.

Xatırladaq ki, daha əvvəl "Qarabağ"ın futbolçularından Abbas Hüseynov Antalyadakı təlim-məşq toplanışı zamanı zədələnib.