Ronaldo və Messinin iştirak edəcəyi matçın bileti fantastik məbləğə  SATILDI

 17:26 18.01.2023     519

“Ən-Nəsr” və “Əl-Hilal” klublarının oyunçularından ibarət komanda ilə “Pari Sen-Jermen” arasında keçiriləcək futbol matçına bilet Ər-Riyadda keçirilən hərracda 2,6 milyon dollara satılıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, biletin alıcısının Səudiyyə Ərəbistanının daşınmaz əmlak maqnatı Müşref əl-Həmdi olduğu bildirilir.

Biletə bir neçə imtiyaz daxildir ki, onlardan biri də soyunub-geyinmə otağında futbolçularla şəkil çəkdirmək imkanıdır.

Bazar gününə planlaşdırılan qarşılaşmada “Qızıl top”un bir neçə dəfə qalibi, argentinalı Lionel Messi (PSJ) və dekabrın 31-də “Ən-Nəsr”ə qoşulan portuqaliyalı Kriştianu Ronaldo iştirak edəcəklər.

Oyun Ər-Riyaddakı "Kral Fəhd" Stadionunda baş tutacaq.