"Qarabağ"da qapıçı mövqeyi üçün çox ciddi axtarışlar gedir
"Qarabağ"da qapıçı mövqeyi üçün çox ciddi axtarışlar gedir.
Redaktor.az xəbər verir ki, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya şəhərində Polşa "Poqon"una 2:4 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra jurnalistlərə açıqlama verib.
51 yaşlı mütəxəssis bildirib ki, ən azı transfer pəncərəsi bağlananadək nəsə addım atmağa çalışacaqlar: "Fikrimizi başqa istiqamətə yönəltmişdik, indi tam fərqli yönə baxırıq. Bəlkə də buna hazır deyildik. Amma işimizdə belə hallar olur. Hələlik əlimizdəki oyunçularla irəliləyirik".
Qeyd edək ki, "Qarabağ"ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin məşq zamanı qolu sınıb. Yaxın günlərdə əməliyyat olunacaq qolkiper təqribən 2 ay yaşıl meydanlardan kənarda qalacaq.