Argentinada qarğıdalı tarlasında Messinin portreti yaradıldı - FOTO

 23:55 18.01.2023     413

Argentinalı fermerlər qarğıdalı tarlasında milli komandanın kapitanı Lionel Messinin portretini yaradıblar.

Redaktor.az xəbər verir ki, onlar bunu qarğıdalı toxumlarını müvafiq qaydada əkərək ediblər. Tarixi qələbədən sonra əkilən toxumlar bir ay sonra cücərməyə başlayıb.

Sözügedən mənzərə aydın havada tarlanın üzərindən uçan təyyarələrdən mükəmməl görünür.

Fermerlər bu yolla Qətərdəki dünya çempionatının qazanılmasında böyük rolu olan 36 yaşlı futbolçuya təşəkkür ediblər.

Qeyd edək ki, Lionel Messi Fransanın PSJ klubunda çıxış edir. Argentina millisi DÇ-2022-nin finalında məhz "xoruzlar"ı məğlub edərək 3 qat dünya çempionu olub.

22