İtaliya Superkubokunun qalibi BİLİNDİ

 10:07 19.01.2023     496

"İnter" klubu İtaliya Superkubokunun finalında əzəli rəqibi "Milan"ı 3:0 hesabı ilə məğlub edərək qələbə qazanıb.

Redaktor.az xəbər verir ki, “İnter” ardıcıl 2-ci, ümumilikdə isə 7-ci dəfə bu kuboku qazanmağa müvəffəq olub.

Qeyd edək ki, "İnter" klubunun türkiyəli futbolçusu Hakan Çalhanoğlu bununla İtaliya karyerasında üçüncü kubokunu qazanıb. 

Çalhanoğlu ötən mövsüm İtaliya Superkubokunu və İtaliya Kubokunu başı üzərinə qaldırıb.

Nərmin VÜQARQIZI