Dünyada XXI əsrin bombardirləri açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə milli çempionatlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.
Redaktor.az xəbər verir ki, bombardirlərin siyahısına portuqaliyalı Kriştianu Ronaldu başçılıq edir.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə imzalayan 38 yaşlı hücumçu XXI əsrdə ölkə çempionatlarında ümumilikdə 498 dəfə fərqlənib.
Onu argentinalı Lionel Messi izləyir. Fransanın PSJ klubunun üzvü həmkarından 11 top geri qalır.
İlk “10-luq” belədir:
Futbolçu |
Ölkəsi |
Qollar |
|
1 |
Kriştianu Ronaldu |
Portuqaliya |
498 |
2 |
Lionel Messi |
Argentina |
487 |
3 |
Zlatan İbrahimoviç |
İsveç |
392 |
4 |
Luis Suares |
Uruqvay |
364 |
5 |
Robert Levandovski |
Polşa |
357 |
6 |
Nikolas Munyoz |
Panama |
328 |
7 |
Aleksandar Dyuriç |
Sinqapur |
304 |
8 |
Joze Alfredo Kastilyo |
Boliviya |
289 |
9 |
Ali Aşfaq |
Maldiv adaları |
288 |
10 |
Martin Kamburov |
Bolqarıstan |
287 |