Messi və Ronaldo paylaşımları ilə diqqət çəkdi - VİDEO

 17:54 20.01.2023     1048

Xəbər verildiyi kimi, ötən gün dünya çempionu Lionel Messinin çıxış etdiyi Paris Sen-Jermen (PSJ) klubu ilə Kriştiano Ronaldonun yeni klubu “Əl-Nəsr” arasında yoldaşlıq oyunu keçirilib.

Redaktor.az-ın məlumatına görə, matçdan sonra hər iki futbolçu paylaşımları ilə dünya ictimaiyyətinin diqqətini çəkib.

Belə ki, Kriştiano Ronaldo Messi ilə çəkdirdiyi şəklini paylaşaraq, "Köhnə dostları görmək çox xoşdur" yazıb.

Bir 4 kişi, spor yapan insanlar ve şunu diyen bir yazı 'cristiano Riyadh Season Renado 7 Marega 30 Liked by nail_idrisli nail and 22.307.608 others cristiano So happy to be back on the pitch, and on the score sheet!! And nice to see some old friends! View all 198 589 comments jeremylynchofficial abo_nasr5 16 hours ago' görseli olabilir

10 dəqiqə sonra isə Messi instaqram hekayəsində Ronaldo ilə qucaqlaşdığı videonu paylaşıb.

Qeyd edək ki, Messi ilə Ronaldonu sonuncu dəfə bir araya gətirən tarixi qarşılaşma PSJ-nin 5-4 hesablı üstünlüyü ilə yekunlaşıb.

Nərmin VÜQARQIZI