Azərbaycan-İordaniya matçının vaxtı açıqlandı

 13:31 21.01.2023     545

Milli komandamızın yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri bəlli olub.

Redaktor.az xəbər verir ki, bu, İordaniya millisidir.

Bu barədə İordaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Matçın sentyabrın 12-də Bakıda keçiriləcəyi bildirilib.

Qeyd edək ki, millimiz Avro-2024-ün seçmə mərhələsində İsveç, Avstriya, Belçika və Estoniya ilə mübarizə aparacaq. Yığmamız ilk oyununu bu il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.