"Qarabağ"dan yeni transfer - FOTO

 19:28 21.01.2023     788

“Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisi Redon Cika ilə anlaşıb.

24 yaşlı cinah yarımmüdafiəçisi Albaniya yığmasının üzvüdür. O, ötən ildən dəvət aldığı əsas millidə 2 oyun keçirib.

 “Şkendiya”nın yetirməsi olan futbolçu 2017-ci ildə “Laçi”yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub.

Qeyd edək ki, 2021-ci ildə “Tirana”nın formasını geyinən Cika 49 oyuna çıxıb, 29 qol vurub.