Messi və Ronaldo qarşı-qarşıya - Kim çox qol vurub?

 10:04 22.01.2023     630

Xəbər verildiyi kimi, Fransanın PSJ klubu ilə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu arasında yoldaşlıq oyunu keçirilib.

Redaktor.az-ın məlumatına görə, fransız klubunun 5-4 hesabı ilə qalib gəldiyi bu matçdan sonra parislilərin hücumçusu Lionel Messi ilə ərəblərin hücumçusu Kriştiano Ronaldo dünya mətbuatının diqqət mərkəzində olub. İdman mediası bu iki ulduz futbolçunun qarşılaşdıqları oyunlarla bağlı statistikaya diqqət çəkib.

Həmin statistik göstəricini təqdim edirik.

Beləliklə, Lionel Messi və Kriştiano Ronaldo qarşı-qarşıya 36 oyunda:

Messi: 22 qol - 12 assist - 16 qələbə

Ronaldo: 21 qol - 1 assist - 11 qələbə.

Xatırladaq ki, PSJ-"Əl-Nəsr" qarşılaşmasında Messi 1, Ronaldo 2 qol vurub.

Turan İSMAYIL