Məşhur futbolçu başqa həbsxanaya köçürüldü

 17:58 23.01.2023     369

Cinsi təcavüzdə ittiham edilən Braziliya millisinin sabiq futbolçusu Dani Alveş başqa həbsxanaya köçürülüb.

Redaktor.az xəbər verir ki, 40 yaşlı müdafiəçinin üç gündən sonra yeri dəyişdirilib.

Bildirilib ki, həbsxananın dəyişdirilməsi braziliyalı oyunçunun xeyrinə ola bilər, çünki burada ayrı kameralar var.

Qeyd edək ki, Dani Alveş yanvarın 20-də Barselona şəhərində saxlanılıb. Onun 4 ildən 12 ilədək azadlıqdan məhrum edilmək ehtimalı var.