Ronaldo üçün eksklüziv saat hazırlandı - FOTO

 22:10 25.01.2023     398

Dəbdəbəli saat istehsalçısı “Jacob & Co” Ronaldo üçün eksklüziv saat yaradıb.

Redaktor.az bildirir ki, xüsusi model “Caviar Flying Tourbillon” qranatların ən bahalısı olan parlaq yaşıl tsavoritlərlə bəzədilib. Tsvoritlər qranatların ən bahalısı və nadiridir. Onlara təbiətdə zümrüdlərdən təxminən 200 dəfə az rast gəlinir. Çox bahalıdır və rənglərinə görə tez-tez zümrüdlərlə qarışdırılsalar da, daha parlaqdırlar. Ronaldo saatı bu daşlardan 300-ü ilə bəzədilib. Korpusun özü ağ qızıldan, qayışı isə timsah dərisindən hazırlanıb. Saat 780 min dollar dəyərində qiymətləndirilir.
Rəng Səudiyyə Ərəbistanı mədəniyyətinə hörmət olaraq yaşıl seçilib. Bildiyimiz kimi yaşıl İslam simvoludur və Məhəmməd peyğəmbərin sevimli rəngi hesab olunur.

Modelin təkrarı olmayacaq, Kriştiano Ronaldo üçün tək nüsxədə hazırlanıb.

Ronaldo şəxsi təyyarədən foto yayımlayaraq artıq saatını nümayiş etdirib. Xarici media isə bunu “Dəbdəbə nümayiş etdirməkdə sevgilisi ilə yarışır” şərh edib.

Qeyd edək ki, tsavoritlər ilk dəfə Afrikada 1967-ci ildə Tanzaniyanın şimal-şərqindəki dağlarda britaniyalı geoloq Kempbell tərəfindən tapılıb.

İlk yatağın yaxınlığındakı Tsavo çayının adını daşıyır. İlk dəfə tsavoritlər Tiffany & Co-da zərgərlər tərəfindən öz məhsullarında istifadə edilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında Kriştiano Ronaldo hələ də paytaxt Ər-Riyadın mərkəzindəki lüks oteldə yaşayır. Onun 17 otaqdan ibarət suiti bütün mərtəbəni tutur.

Sevgilisi Georgina Rodriguez isə köçdükdən sonra imicini dəyişməli olub. Səudiyyə Ərəbistanında yerli geyim koduna görə mini və dekolteli geyinə bilməz. Bundan əlavə onun tez-tez instagramda özünü Kardaşyana bənzətməsi və dəbdəbə nümayişi həm sosial şəbəkə istifadəçiləri, həm də media tərəfindən gülüş hədəfinə çevrilir.