Ötən il futbolçu transferlərinə xərclənən vəsait açıqlandı
FIFA peşəkar klubların 2022-ci ildə futbolçu transferlərinə xərclədikləri vəsaiti açıqlayıb.
Redaktor.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ötən il bu işə 6,5 milyard ABŞ dolları sərf olunub.
Bu, 2021-ci ildəki göstərici ilə müqayisədə 33,5 faiz və ya 4,86 milyard dollar çoxdur.
Vəsaitin 3,53 milyard dolları 18-23 yaş arası oyunçulara xərclənib. Ən çox təzminat məbləği ödənilərək alınan futbolçular Braziliya təmsilçiləridir. Bu rəqəm 843,2 milyon dollar təşkil edib. İkinci pillədə fransalı oyunçular qərarlaşıb. Onların alınması üçün 591,5 milyon dollar lazım gəlib.
Transferlərə ən çox pul ayıran klublar isə İngiltərə təmsilçiləri olub - 2,2 milyard dollar. Oyunçu satışından ən çox gəliri (740,3 milyon dollar) isə Fransa klubları götürüb.