25 min manat kimin olacaq? - Şahmat üzrə Azərbaycan çempionatı

 19:00 27.01.2023     476

Kişi şahmatçıların Azərbaycan çempionatında ikinci final gününün oyunları keçirilib.

Redaktor.az xəbər verir ki, çempionluq mübarizəsində Vüqar Əsədli 4 saatdan çox davam edən partiyanın yekununda Vasif Durarbəyliyə uduzub.

Üçüncü yer uğrunda görüşdə Eltac Səfərli Məhəmməd Muradlı ilə yenə də heç-heçə oynayıb.

Yanvarın 28-də şahmatçılar arasında tay-brek oynanılacaq. Əvvəlcə finalçılar iki oyunda rapiddə yarışacaq. Bərabərlik olacağı halda qalib blitsdə müəyyənləşəcək.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 25 min manat təşkil edir.

Vumart və Güvən reklamı Vumart Güvən