Azərbaycanın fiqurlu konkisürənləri Avropa çempionatının finalında

 23:15 27.01.2023     559

Azərbaycanın fiqurlu konkisürənləri Samanta Ritter və Daniel Brıkalov Finlandiyanın Espoo şəhərində keçirilən Avropa çempionatında finala yüksəliblər.

Redaktor.az xəbər verir ki, buz üstündə rəqs üzrə qüvvəsini sınayan cütlük təsnfat mərhələsində hakimlərdən 51,55 xal alıb.

Yekunda 19-cu pilləni tutan idmançılar həlledici mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, qitə çempionatına yanvarın 29-da yekun vurulacaq.