"Qarabağ"dan ayrılan hücumçu Macarıstan klubu ilə müqavilə bağladı

 20:56 30.01.2023     337

"Qarabağ" qış fasiləsində daha bir futbolçusu ilə vidalaşıb.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" qanalı hücumçu Kvabena Ovusu ilə yollarını ayırıb.

Əldə olunmuş razılığa əsasən, 26 yaşlı forvard Macarıstanın "Ferentsvaroş" klubuna transfer olub. Müqavilənin detalları açıqlanmayıb.

Daha əvvəl braziliyalı yarımmüdafiəçi Kadi Borges Azərbaycan çempionunu Rusiya "Krasnodar"ına dəyişib.

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ilin yanvarından “Qarabağ”ın şərəfini qoruyur. Onun ağdamlılarla müqavilə müddəti cari mövsümün sonuna qədər idi.