"Zaqreb Open": Azərbaycan güləşçisi qızıl medal qazandı

 22:45 01.02.2023     259

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyada keçirilən "Zaqreb Open"də qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki, 57 kq-da çıxış edən idmançı finalda yaponiyalı Yuto Nişuçi ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəki dərəcəsində yer alan İslam Bazarqanov 3-cü yer uğrunda qarşılaşmada gürcüstanlı Beka Bujiaşviliyə sonuncu xal prinsipinə əsasən uduzub - 4:4.

65 kq-da mübarizə aparan Əli Rəhimzadə isə bürünc medal görüşündə yaponiyalı Ryoma Anrakunu 12:1 hesabı ilə üstələyib.