Fransa millisinin yeni kapitanı bilindi

 23:23 02.02.2023     342

Futbol üzrə Fransa millisinin yeni kapitanı bəlli olub.

Redaktor.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, bundan sonra sarğını PSJ-nin hücumçusu Kilian Mbappe daşıyacaq.

Məşqçilər heyəti Uqo Lyoris və Rafael Varanın yığmadakı karyeralarını başa vurmalarından sonra kapitanlığı 25 yaşlı forvarda həvalə edib.

Qeyd edək ki, Fransa millisinin heyətində 66 oyuna 36 qol vuran Kilian Mpabbe ötən il Qətərdə keçirilmiş dünya çempionatında "Qızıl buts" mükafatına layiq görülüb.