Mariya Stadnik reytinq turnirini medalsız başa vurdu

 23:50 02.02.2023     398

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyada keçirilən "Zaqreb Open" turnirini medalsız başa vurub.

Redaktor.az xəbər verir ki, buna 2 qat dünya və 8 qat Avropa çempionunun monqolustanlı Otqonjarqal Dolqorjavla 1/4 final görüşündə zədələnməsi səbəb olub.

Həm yarımfinal, həm də bürünc medal görüşlərinə çıxmayan titullu güləşçi reytinq turnirindəki çıxışını tamamlayıb.

Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medala sahib çıxıblar.