"Ronaldo gələndən vəziyyət çətinləşib" - "Əl-Nəsr"in oyunçusu DANIŞDI

 21:20 04.02.2023     292

“Əl-Nasr”ın yarımmüdafiəçisi Luis Qustavo portuqaliyalı hücumçu Kriştiano Ronaldonun gəlişindən sonrakı vəziyyəti şərh edib.

Redaktor.az xarici mediaya istinadla bildirir ki, futbolçu digər klubların onlara qarşı münasibətinin dəyişməsindən danışıb:

“Ronaldonun kluba gəlişindən sonra bütün matçlar çətinləşdi. Çünki rəqiblər ona müqavimət göstərmək üçün ikiqat artıq çalışırlar. Əfsanəvi Ronaldo bu cür təzyiqin öhdəsindən gəlmək üçün yaradılıb”.

Xatırladaq ki, Kriştiano bir gün əvvəl “Əl-Nəsr”in heyətində rəsmi matçda “Əl-Fateh”ə ilk qolu vurmuşdu. Ronaldo 11 metrlik zərbəni uğurla yerinə yetirib.