“Qalatasaray” əzəli rəqibinə qalib gəldi

 23:59 05.02.2023     561

Futbol üzrə Türkiyə çempionatında "Qalatasaray" klubu doğma meydanda "Trabzonspor"u qəbul edib.

Redaktor.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun 12-ci saniyəsində “Trabzonspor”un uruqvaylı forveti Maxi Gomez hesabı açıb. 19-cu dəqiqədə Mertens bərabərliyi təmin edib.

Ev sahibi 52-ci dəqiqədə on bir metrlik cərimə zərbəsi vurmaq şansı qazanıb və Mauro İcardi “Qalatasaray”ı 2:1 önə keçirib. Görüş bu hesabla başa çatıb.

Qeyd edək ki, hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 54 xalla "Qalatasaray" başçılıq edir. “Fənərbağça” 45 xalla ikinci, “Medipol Başakşehir” isə 40 xalla üçüncüdür.