"Neftçi" klubundan Türkiyəyə YARDIM - FOTO

 12:50 09.02.2023     340

"Neftçi" klubu Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara yardım göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında paylaşım edilib.

Futbolçular yardımların daşınmasına kömək edib.

Qeyd edək ki, son məlumata görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb, 62 937 nəfər yaralanıb.