"Real Madrid" tarixə düşdü

 10:15 12.02.2023     347

İspaniya "Real Madrid"i Avropanın "Top-5" liqalarında çıxış edən və 100 titul qazanan ilk klub olub.

Redaktor.az xəbər verir ki, Madrid təmsilçisi bu uğura klublararası dünya çempionatının finalında Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasına 5:3 hesabı ilə qalib gəlməklə yiyələnib.

"Real Madrid"in ən yaxın izləyicisi 98 titulla "Barselona"dır.

Sonrakı pillələrdə "Bavariya" (Almaniya, 82), "Yuventus" (İtaliya, 70), "Liverpul" (68), "Mançester Yunayted" (66) (hər ikisi İngiltərə), "Milan" (İtaliya, 49), "Arsenal" (İngiltərə, 48), PSJ (Fransa, 45) və "İnter" (İtaliya, 43) qərarlaşıb.