"Ürəyim onların yanındadır" - Messidən zəlzələ ilə bağlı PAYLAŞIM

 13:14 13.02.2023     386

"Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkən minlərlə uşaq və onların ailələri üçün çox kədərli günlərdir. Ürəyim onların yanındadır".

Redaktor.az xəbər verir ki, bunu futbol üzrə dünya çempionu Lionel Messi özünün feysbuk səhifəsində yazıb.

O, qeyd edib ki, UNICEF uşaqları qorumaq üçün ilk gündən ərazidə işləyir.

"Sizin köməyiniz çox dəyərlidir!" - deyə ulduz futbolçu çağırış edib.

Xatırladaq ki, Lionel Messi fevralın 6-da baş verən güclü zəlzələdən sonra Türkiyə və Suriyaya 3,5 milyon avro ianə edib.

Turan İSMAYIL

2