Mahir Emreli imza üçün Türkiyədədir

 14:11 13.02.2023     461

Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli "Konyaspor"la anlaşıb.

Redaktor.az xəbər verir ki, "Konyaspor” hücum xəttini Emreli ilə gücləndirmək üzrədir. 

26 yaşlı hücumçu klubla müqavilə imzalamaq üçün artıq Konyadadır. Gün ərzində keçiriləcək sağlamlıq müayinəsindən sonra onu yaşıl-ağ rənglərə bağlayacaq müqaviləyə imza atacaq.

Emrelinin "Konyaspor"da mövsümün sonuna qədər icarə əsasında oynayacağı bilidirilir.

Mahirin "Dinamo" ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.